Üsyanı Putin təşkil etmişdi, məqsədi budur - Sneqirev

09:10 - 28 İyul 2023 - GÜNDƏM

 Üsyanı Putin təşkil etmişdi, məqsədi budur - Sneqirev

Əslində “Vaqner” lideri Yevgeni Priqojin üsyan etməyib. Bu, sadəcə olaraq Rusiya xüsusi xidmət orqanları tərəfindən təşkil edilmişdi.

BUTA.TV xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Dmitri Sneqirev deyib.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin bu üsyandan ordunu təmizləmək üçün istifadə edərək əsl hərbi müxalifəti məhv etdi:

“İndi Rusiya ordusunda 1937-39-cu illəri xatırladan ümumi təmizləmə gedir. Yəni bu, demək olar ki, bütün rus generalları arasında aparılır”.

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Ekspertin sözlərinə görə, Yevgeni Priqojinin Rusiya-Afrika forumunda çıxışı da təsadüfi deyildi:

“Bu, Rusiyanın “Vaqner” və digər belə şirkətlərdən istifadə edərək, Afrika ölkələrində mövcudluğunu davam etdirəcəyinə dair bir siqnalıydı”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol