Ermənistan rüsvay oldu: sərhədimizə gətirdiyi “səfirlər”ə baxın – Video

15:00 - 28 İyul 2023 - GÜNDƏM

 Ermənistan rüsvay oldu: sərhədimizə gətirdiyi “səfirlər”ə baxın – Video

Ermənistan ötən gün elan etmişdi ki, Azərbaycanın Qarabağda yaşayan ermənilər üçün göndərdiyi “humanitar yük”ün sərhəddə dayandığını müşahidə etmək üçün xarici səfirlərin nümayəndələrini Kornidzor kəndinə (“Laçın” sərhəd postunun yaxınlığında) dəvət edib.

BUTA.TV xəbər verir ki, rəsmi açıqlamada “Ermənistanda akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələrinin” hamısına dəvət göndərildiyi də xüsusi vurğulanmışdı.

Bu gün “humanitar yük” adlı şou haqda heç bir informasiya verməyən erməni mediası, nəhayət, 14:00 radələrində “əcnəbi diplomatların” Kornidzor kəndinə gəlişini əks etdirən görüntü paylaşıb.

Görüntülərdən isə məlum olur ki, bu təbliğat-şou səfərinə olduqca az sayda səfirlik nümayəndəsi qatılıb. Çıxış edənlər Ermənistan XİN başçısının müavini Vahan Kostanyan və Qərbi Zəngəzurun (Sünik) qubernatoru Robert Qukasyandır. Digərlərinin böyük əksərinin media təmsilçisi, tərcüməçi və mühafizəçi olduğunu nəzərə aldıqda, səfərə razılaşan “diplomatik korpus əməkdaşlarının” sayı və tərkibi çılpaqlığı ilə üzə çıxır. Azsaylı xarici diplomatik korpus nümayəndələri arasında bircə nəfər də olsun səfir yoxdur.

Bu xəbər hal-hazırda çox oxunur
Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

Belə məlum olur ki, Ermənistandakı səfirliklər də İrəvanın şou göstərdiyini bilir və bunda iştirakçı olmağa maraqlı deyillər. Səfərin gecikməsi, “diplomatların” yalnız 14:00-a yaxın Kornidzora gəlib çıxması da təsdiqləyir ki, Ermənistan “daha izdihamlı” səfər üçün prosesi ləngidib, buna baxmayaraq, təşəbbüs alınmayıb.

Erməni mediası isə qısa – 5 dəqiqəlik video ilə reportajı yekunlaşdırıb, hətta səfər edən səfirliklərin və əməkdaşların adını da qeyd etməyib.

Görünür, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin sözləri ilə desək, OYUNUN BİTDİYİNİN fərqindədirlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol