Ermənistanın Qarabağda qanunsuz fəaliyyəti... - Bayramov

16:12 - 28 İyul 2023 - GÜNDƏM

 Ermənistanın Qarabağda qanunsuz fəaliyyəti... - Bayramov

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Kolumbiya Respublikasının ölkəmizə yeni təyin edilmiş səfiri Luis Fernando Kuartas Ayalanı qəbul edib.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Kolumbiya səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir Ceyhun Bayramov Luis Fernando Kuartas Ayalanı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı tərəflər ikitərəfli əlaqələrin əhəmiyyəti, siyasi məsləhətləşmələr mexanizminin tətbiq edilməsi, qarşılıqlı səfərlərin faydası və Parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edərək, təhsil və turizm sahələrində əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Bu xəbər hal-hazırda çox oxunur
Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

Görüşdə Ceyhun Bayramov qarşı tərəfə Ermənistanın Azərbaycan ərazilərini 30 ilə yaxın işğal altında saxlaması, bu torpaqlardakı qanunsuz fəaliyyəti, etnik təmizləmə siyasəti, post-münaqişə dövründə Azərbaycanın sülh səyləri haqqında ətraflı məlumat verib. Hal-hazırda, bölgədə sülh səylərinə baxmayaraq, Ermənistanın təxribatlarının prosesə maneçilik törətdiyi bildirilib.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol