Yol polisindən küləkli hava ilə bağlı sürücülərə müraciət

17:44 - 28 İyul 2023 - GÜNDƏM

 Yol polisindən küləkli hava ilə bağlı sürücülərə müraciət

DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi​, iyulun 29-dan 30-u səhərədək ölkə ərazisində müşahidə olunacaq güclü küləklə əlaqəli yollarda yarana biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması məqsədi ilə hərəkət iştirakçılarına müraciət edib.

BUTA.TV müraciətin mətnini təqdim edir:

“Hərəkət iştirakçılarından yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edirik.

Xatırladırıq ki, küləkli havada nəqliyyat vasitələri sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməlidir.

Bu xəbər hal-hazırda çox oxunur
Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol