ASAN Xidmətin əməkdaşının avtomobili külə döndü - Video

18:58 - 28 İyul 2023 - GÜNDƏM

 ASAN Xidmətin əməkdaşının avtomobili külə döndü - Video

Lənkəran rayonunda ASAN Xidmətin əməkdaşının avtomobili yanıb.

BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara-İran sərhəd yolunun rayonun Girdəni kəndindən keçən hissəsində baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü Qazax rayonu Aşağı Salahlı kənd sakini Natiq Vəli oğlu Mehdiyevə məxsus "Azsamand" markalı avtomobil yanıb.

Hadisə yerinə FHN-nin Lənkəran Yanğından Mühafizə hisssəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub və yanğın söndürülüb.

Bu xəbər hal-hazırda çox oxunur
Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, N.Mehdiyev Azərbaycan Ordusunun giziri olub. O, 2015-ci ilin aprel ayında Tərtər rayonunun Qapanlı istiqamətində döyüş tapşırıqlarını yerinə yetirərkən yaralanıb. N.Mehdiyev 2018-ci ildən ASAN Xidmətdə çalışır. Hadisə də onun Lənkəranda işlə əlaqədar səyyar xidmətdən qayıdarkən baş verib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol