Rostovda fövqəladə rejim tətbiq olunacaq

20:32 - 28 İyul 2023 - GÜNDƏM

 Rostovda fövqəladə rejim tətbiq olunacaq

Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində fövqəladə vəziyyət rejimi tətbiq olunacaq.

BUTA.TV xəbər verir ki, bu barədə Taqanroq şəhərinin meri Andrey Fateyev Teleqram kanalında məlumat yayıb.

“Şəhər administrasiyasında operativ qərargah təşkil edilib. İlk olaraq zərərçəkmişlərə həm tibbi, həm də psixoloji yardımlar göstəriləcək. Həmçinin, zərərin yoxlanılması üzrə işlər də təşkil ediləcək. Hadisənin baş verdiyi ərazidə fövqəladə vəziyyət elan olunacaq”, - Fateyev bildirib.

Qeyd edək ki, bu gün Tanaqroq şəhərinə raket zərbəsi endirilib. Nəticədə 12 nəfər ölüb, 14-ü isə yaralanıb.

Bu xəbər hal-hazırda çox oxunur
Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol