"Qalatasaray" İkardini birdəfəlik aldı

21:08 - 28 İyul 2023 - GÜNDƏM

Türkiyənin "Qalatasaray" klubu argentinalı futbolçu Mauro İkardini birdəfəlik transfer edib.

BUTA.TV klubun rəsmi saytına istinadən xəbər verir ki, "cim-bom" 30 yaşlı hücumçunun keçidi üçün Fransanın PSJ komandasına 10 milyon avro ödəyəcək.

Qeyd edək ki, Mauro İkardi ötən mövsümü icarə əsasında "Qalatasaray"da keçirib. O, meydana çıxdığı 24 matçda 22 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol