UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Polşa "Rakuv"una 2:3 hesabıyla uduzan "Qarabağ" qapı mövqeyi ilə bağlı hərəkətə keçib.
BUTA.TV Bizim.mediaya istinadən xəbər verir ki, Ağdam təmsilçisinin əsas qolkiperi Şahruddin Məhəmmədəliyevin sözügedən görüşdə buraxdığı kobud səhvlər və ardından edilən kəskin tənqidlər son ölkə çempionunu bu addımı atmağa vadar edib.
"Qarabağ" İngiltərənin "Haddersfild" klubunun qapıçısı Li Niçollzla maraqlanır.
Qeyd edək ki, "Uiqan" klubunun yetirməsi olan 30 yaşlı Niçollzun "Haddersfild"lə 2026-cı ilədək müqaviləsi var. Onun transfer dəyəri isə 900 min avrodur.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür