Qanunsuz balıq ovlayanlar saxlanıldı

12:18 - 29 İyul 2023 - GÜNDƏM

 Qanunsuz balıq ovlayanlar saxlanıldı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xızı rayonu akvatoriyasında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov BUTA.TV-a bildirib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Xızı rayonu, Şuraabad kənd sakini Ramal Səfərov və Şirvan şəhər sakini İlqar Nuriyev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 700 metr uzunluğunda 17 ədəd sintetik tor götürülüb.

“Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”, - deyə B.Məmmədov bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol