Naxçıvan gömrükçüləri 21200 siqaret müsadirə etdi

16:00 - 29 İyul 2023 - GÜNDƏM

 Naxçıvan gömrükçüləri 21200 siqaret müsadirə etdi

"Culfa" gömrük postunda aksiz markası olmayan siqaretlər aşkarlanıb.

İdarədən BUTA.TV-a verilən məlumata görə, Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda “Renault” markalı yük nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilən zaman şübhəli təsvirlər müşahidə olunduğu üçün avtomobil əsaslı yoxlamaya cəlb edilib.

Yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqu hissəsinin arxasında yerləşən su çəninin içərisində gizlədilmiş, aksiz markası ilə markalanmayan 1 060 qutu (21200 ədəd) “Kent Nanotek 2.0” markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbər hal-hazırda çox oxunur
Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol