Bu cür bəyanatlar regionda gərginliyi artırır - Ombudsman

17:40 - 29 İyul 2023 - GÜNDƏM

 Bu cür bəyanatlar regionda gərginliyi artırır - Ombudsman

Avropa Şurasının baş katibinin Xankəndi-Laçın yolu ilə bağlı həqiqətə əsaslanmayan son bəyanatı bizdə narahatlıq yaradır.

BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Şurasının baş katibinin Xankəndi-Laçın yolu ilə bağlı bəyanatına dair şərhində deyib.

"Tərəfimizdən əvvəllər də Xankəndi-Laçın yolunda Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının humanitar məqsədlər üçün nəqliyyat vasitələrinin keçidinə heç bir maneənin olmaması ilə bağlı bəyanatlar verilmişdir.

Bu gün bir daha qeyd etmək istərdik ki, hazırda Azərbaycan humanitar məqsədlərlə nəqliyyat vasitələrinin həmin yoldan keçidini təmin edir və iddia olunduğu kimi, orada hər hansı humanitar böhrandan söhbət gedə bilməz. Sizi məsələnin mahiyyətinə varmadan belə bəyanatlar verməkdən çəkinməyə dəvət edirik.

Bu xəbər hal-hazırda çox oxunur
Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

Hesab edirik ki, həqiqəti əks etdirməyən bu cür bəyanatların verilməsi regionda gərginliyi artırır və sülh prosesinə mane olur.

Eyni zamanda, Avropa Şurasının baş katibinin diqqətini bir daha işğaldan azad edilmiş ərazilərimizdəki mina probleminə cəlb etmək istərdik. Bu problem 30 ilə yaxındır ki, öz torpaqlarından didərgin düşmüş 100 minlərlə insanın təhlükəsiz qayıdışını ləngidir", - Ombudsman bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol