Bu təhsil müəssisələrinə müdir vəzifəsinə qəbulla bağlı məlumat

19:24 - 29 İyul 2023 - GÜNDƏM

 Bu təhsil müəssisələrinə müdir vəzifəsinə qəbulla bağlı məlumat

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.

Bu barədə BUTA.TV-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib.

Müsabiqənin elektron sənəd qəbulu mərhələsi 31 iyul - 7 avqust tarixlərini əhatə edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 31 iyul saat 11:00-dan 7 avqust saat 11:00-dək bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Bu xəbər hal-hazırda çox oxunur
Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə ilk növbədə dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslər buraxılacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol