Avropa Birliyi bu ölkəyə maliyyə dəstəyini dayandırdı

20:58 - 29 İyul 2023 - GÜNDƏM

 Avropa Birliyi bu ölkəyə maliyyə dəstəyini dayandırdı

Avropa Birliyi Nigerə maliyyə dəstəyini dayandırıb.

BUTA.TV xəbər verir ki, bu barədə AB diplomatiyasının rəhbəri Jozep Borrell məlumat verib.

O bildirib ki, AB çevrilişlə hakimiyyətə gələn üsyançıların legitimliyini tanımır.

Qeyd edək ki, iyulun 26-da Nigerdə Prezident Qvardiyası qiyam qaldıraraq ölkə başçısı Məhəmməd Bazumu vəzifədən kənarlaşdırıb. Prezident Qvardiyasının komandanı, hərbi çevrilişin rəhbəri general Əbdurəhman Çiani özünü “Vətənin Müdafiəsi üzrə Milli Şuranın sədri” elan edib və bütün idarəçilik səlahiyyətlərini əlinə alıb.

Bu xəbər hal-hazırda çox oxunur
Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol