Bu ölkə sülh danışıqlarını Rusiya olmadan keçirəcək

23:40 - 29 İyul 2023 - GÜNDƏM

 Bu ölkə sülh danışıqlarını Rusiya olmadan keçirəcək

Səudiyyə Ərəbistanı Ukraynada müharibə ilə bağlı danışıqlar aparmağı planlaşdırır. Eyni zamanda, Rusiya bunlarda iştirak etməyəcək.

BUTA.TV xəbər verir ki, bu barədə “Vall Street Jurnal” məlumat yayıb.

Məlumata görə, danışıqlar Qərb ölkələri, Ukrayna və əsas inkişaf etməkdə olan ölkələr, o cümlədən Hindistan və Braziliya arasında aparılacaq.

Ukrayna ilə bağlı danışıqlar avqustun 5 və 6-da Ciddədə keçiriləcək. Oraya 30 ölkədən yüksək vəzifəli şəxslər gələcək.

Bu xəbər hal-hazırda çox oxunur
Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

Nəşr bildirib ki, Ukrayna və Qərb rəsmiləri bu səylərin bu ilin sonunda sülh sammiti ilə yekunlaşacağına ümid edirlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol