İstənilən ssenariyə hazırıq: ABŞ-la toqquşma isə...

10:02 - 30 İyul 2023 - GÜNDƏM

 İstənilən ssenariyə hazırıq: ABŞ-la toqquşma isə...

Rusiya istənilən ssenariyə hazırdır, lakin ABŞ-la birbaşa hərbi toqquşma istəmir.

BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin keçirdiyi mətbuat konfransında ABŞ və Rusiya qüvvələrinin Suriyada vaxtaşırı üz-üzə gəlməsi haqda deyib.

“Biz hər zaman istənilən ssenariyə hazırıq, amma bunu heç kim istəmir. ABŞ-ın təşəbbüsü ilə biz vaxtilə bu münaqişələrin qarşısını almaq üçün xüsusi mexanizm yaratmışdıq. Müəyyən hərbi birləşmələrimizin rəhbərləri bir-biri ilə birbaşa əlaqə saxlayır və istənilən böhran vəziyyətində məsləhətləşmək imkanı əldə edirlər. Bu, onu deməyə əsas verir ki, heç kim hər hansı toqquşma istəmir”, - Putin bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol