Bu istiqamətlərdə 99 rus hərbçisi məhv edildi

12:50 - 30 İyul 2023 - GÜNDƏM

 Bu istiqamətlərdə 99 rus hərbçisi məhv edildi

Ukrayna ordusu Baxmut istiqamətində 44, Liman-Kupyansk istiqamətində isə 35 rus hərbçisini məhv edib.

BUTA.TV xəbər verir ki, bunu Ukrayna ordusunun Şərq qruplaşmasının spikeri Sergey Çerevatıy deyib.

“Baxmut istiqamətində Ukrayna müdafiə qüvvələri təşəbbüsü saxlamaqda, düşmənə təzyiq göstərməkdə, hücum əməliyyatları aparmaqda və torpaqlarımızı geri almaqda davam edir. Liman-Kupyansk istiqamətində işğalçılar təşəbbüsü ələ keçirməyə və hücum əməliyyatları keçirməyə çalışırlar. Ordumuzun uğurlu hərəkətləri sayəsində bu planlar düşmən üçün uğursuz alınır”, - Çerevatıy bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol