Rusiyadan Belarusa gələn “Vaqner” hərbi qruplaşmasının 100-dən çox muzdlu döyüşçüsü Polşa ilə sərhədə tərəf irəliləməyə başlayıb.
BUTA.TV xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib.
Onun sözlərinə görə, vaqnerçilər Suvalki dəhlizinə - Polşa-Litva sərhədinin 100 kilometr uzunluğu olan strateji hissəsinə yaxınlaşıblar.
“Şübhəsiz, bu, Polşa ərazisinə hibrid hücum istiqamətində bir addımdır. Çox güman ki, muzdlular Belarus sərhədçiləri libasına bürünəcək və Polşada sabitliyi pozmaq üçün qeyri-qanuni mühacirlərin ölkəmizə girməsinə kömək edəcəklər”, - deyə Moravetski bildirib.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür