BQXK əməkdaşları Xaçatryana baş çəkdi

18:30 - 30 İyul 2023 - GÜNDƏM

 BQXK əməkdaşları Xaçatryana baş çəkdi

29 iyul tarixində BQXK əməkdaşları, eyni gündə saxlanılan erməni əsilli şəxsə baş çəkiblər. Həmin şəxsə ailəsi ilə əlaqə üçün şərait yaradılıb.

BUTA.TV Trend-ə istinadən xəbər verir ki, bunu BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

Mandatına uyğun olaraq BQXK, başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol