Çad prezidenti qiyamın baş verdiyi ölkəyə gedir

19:34 - 30 İyul 2023 - GÜNDƏM

 Çad prezidenti qiyamın baş verdiyi ölkəyə gedir

Çadın müvəqqəti prezidenti Mahamat İdris Debi Nigerdə baş verən qiyamdan sonra vasitəçilik səyləri üçün bu ölkəyə gedir.

BUTA.TV xəbər verir ki, bu barədə RFI radiostansiyası məlumat yayıb.

"Çadın Prezidenti Mahamat İdris Debi vasitəçilik etmək üçün Niameyə gedir", - bildirilir.

Qeyd olunur ki, bundan əvvəl Nigeriya Prezidenti Bola Tinubu onunla danışıb.

Qeyd edək ki, iyulun 26-da Prezident Qvardiyası Nigerdə qiyam qaldıraraq, ölkə başçısı Məhəmməd Bazumu həbs edib. Qiyama 2011-ci ildə sabiq prezident Məhəmməd İssufu tərəfindən Prezident Qvardiyasının komandanı təyin edilən ordu generalı Əbdürəhman Çiani rəhbərlik edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol