Ukrayna bir gündə Rusiya mövqelərinə 7 zərbə endirdi

21:00 - 30 İyul 2023 - GÜNDƏM

 Ukrayna bir gündə Rusiya mövqelərinə 7 zərbə endirdi

Ukrayna hərbi aviasiyası iyulun 30-da Rusiya qoşunlarının şəxsi heyətinin, silahlarının və hərbi texnikasının cəmləşdiyi ərazilərə yeddi zərbə endirib.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, ukraynalı müdafiəçilər dörd operativ-taktiki kəşfiyyat PUA-nı məhv ediblər.

“Raket və artilleriya bölmələri sutka ərzində düşmənin zenit-raket kompleksinə, atəş mövqelərindəki səkkiz artilleriya vasitəsinə, iki elektron mübarizə stansiyasına, həmçinin işğalçıların şəxsi heyətinin cəmləşdiyi iki əraziyə zərbələr endirib”, - məlumatda deyilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol