Qazaxıstan Rusiyaya hərbi texnika göndərir?

22:10 - 30 İyul 2023 - GÜNDƏM

 Qazaxıstan Rusiyaya hərbi texnika göndərir?

Hərbi texnikaların Rusiyaya daşınması ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlər həqiqətə uyğun deyil.

BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

"Guya Qazaxıstan hərbi texnikasının Rusiyaya göndərilməsi ilə bağlı deyilənlər reallığa uyğun gəlmir.

Bu hərbi texnikanın Qazaxıstana aidiyyatı yoxdur, üçüncü ölkənin mülkiyyətidir və beynəlxalq müqavilələr çərçivəsində ölkəmizin ərazisindən keçməklə Rusiyaya planlı təmirə göndərilib",- məlumatda deyilir.

Qeyd olunub ki, 2022-ci il avqustun 27-dən Qazaxıstanda silah və hərbi texnikanın ixracına qadağa qoyulub və hələ də qüvvədədir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol