Nigerdə üsyan qaldıran hərbçilərin Prezident Məhəmməd Bazumu azad etmək və konstitusiya nizamını bərpa etmək üçün bir həftə vaxtı var. Əks halda təşkilat hərbi tədbirlərə əl atmaq məcburiyyətində qalacaq.
BUTA.TV xəbər verir ki, bunu Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin rəhbəri Ömər Alle Ture deyib.
"Hakimiyyətin tələbləri bir həftə ərzində yerinə yetirilmədiyi təqdirdə, konstitusiya quruluşunun bərpası üçün lazım olan bütün tədbirləri görüləcək. Bu cür tədbirlərə güc tətbiqi də daxil ola bilər", - o bildirib.
Qeyd edək ki, təşkilat üsyançıların, onların ailələrinin və tərəfdarlarının aktivlərini dondurub.
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi
- Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür