Belarusa yerləşən vaqnerçilərin sayı açıqlandı

08:46 - 31 İyul 2023 - GÜNDƏM

 Belarusa yerləşən vaqnerçilərin sayı açıqlandı

Belarus ərazisində 5 minə yaxın vaqnerçi var və onlar gəlməkdə davam edir.

BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko deyib.

O bildirib ki, sərhəddə vəziyyət Ukrayna ordusu və Sərhəd Xidmətinin tam nəzarəti altındadır:

“Muzdluların Ukrayna ilə sərhəddən xeyli aralıda olmasına baxmayaraq, Ukrayna kəşfiyyat xidmətləri, o cümlədən Dövlət Sərhəd Xidmətinin kəşfiyyatı vəziyyəti fəal şəkildə izləyir. Hazırda “Vaqner”in Belarus ərazisindəki üzvlərinin sayı dövlət üçün ciddi təhlükə törətmir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol