Peruda avtobus uçurumdan aşdı: 15 nəfər öldü

09:32 - 31 İyul 2023 - GÜNDƏM

 Peruda avtobus uçurumdan aşdı: 15 nəfər öldü

Perunun şimal-qərbində avtobusun uçurumdan aşması nəticəsində azı 15 nəfər ölüb. İyirmidən çox insan xəsarətlə xəstəxanalara çatdırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə RPP radiostansiyası məlumat yayıb.

Məlumata görə, San-Martin departamentindən Tumbes bölgəsinə gedən avtobusda 50 sərnişin və 2 sürücü olub.

Hadisənin səbəbləri hələ müəyyən edilməyib. Peru Quru Nəqliyyat İdarəsi araşdırmaya başladığını açıqlayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol