Azərbaycanda təbii göl tam qurudu

12:14 - 31 İyul 2023 - GÜNDƏM

 Azərbaycanda təbii göl tam qurudu

Qərbi Azərbaycan əyalətinin Sulduz bölgəsində yerləşən və təbiət abidələri siyahısında qeydə alınan Yadigarlı gölü tamamilə quruyub.

BUTA.TV xəbər verir ki, bu barədə Qərbi Azərbaycan Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Əkbər Qayimi məlumat yayıb.

Bundan öncə ekoloqlar adıçəkilən gölün quruma təhlükəsi ilə bağlı xəbərdarlıq ediblər. Məsullar isə Urmiya gölündə ekoloji probleminə dərinləşməsinə baxmayaraq, ətraf göllərin, o cümlədən, Yadigarlı gölünün qurumaq təhlükəsi olmadığını bildirmişdilər.

1530 hektar su hövzəsinə malik olan gölün sahəsi qurumadan əvvəl 359 hektar olub. Burada minlərlə yerli və küçəri quş, müxtəlif növ su canlıları yaşayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol