Bir həftədən sonra yeni müharibə olacaq? Fransanın başçılıq etdiyi Qərbi Afrika ölkələrinin koalisiyası Nigerin yeni hərbi hökumətinə ultimatum verib. Onlar devrilmiş korrupsioner fransayönlü antirusiya siyasəti aparan (o, Rusiya Afrika haqqında foruma gəlməyən 5 ölkədən biridir) Nigerin keçmiş prezidentinin hakimiyyətinin bərpasını tələb edirlər. Bir həftə vaxt veriblər.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Nigerin yeni hakimiyyət orqanları ultimatuma cavab olaraq, Fransaya uran və qızıl tədarükünə embarqo elan ediblər. Fransa uranın 40%-ni Nigerdən alır və atom elektrik stansiyaları Fransanın elektrik enerjisinin 60%-ni təmin edir. Çad Prezidenti dünən Nigerə gedərək devrilmiş korrupsioner prezident və yeni hakimiyyət orqanları ilə görüşüb. Kompromis axtarırlar. Nigerdə hərbi bazalarda 1500 fransız və 1000 ABŞ hərbçisi var. Fransa təcili olaraq Qərbi Afrika ölkələri, orada olan fransız qoşunları və ola bilsin ki, ABŞ-ın iştirakı ilə Nigerə qarşı hərbi müdaxiləyə hazırlaşır. Niger ordusu həm də ona görə güclüdür ki, onlar uzun illər cihadçılara qarşı vuruşublar. “Vaqner” artıq Nigerdə görünə bilər”, - o bildirib.
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi