Fransa səfirinin Türkiyəyə ərazi iddiası

16:24 - 31 İyul 2023 - GÜNDƏM

 Fransa səfirinin Türkiyəyə ərazi iddiası

Fransanın Ermənistandakı yeni səfiri Olivye Dekottinye Tvitter səhifəsində fon şəklinə Ağrı dağının fotosunu yerləşdirib.

BUTA.TV xəbər verir ki, səfir həmçinin erməni dilində paylaşım da edib.

O, Fransanın Burq-le-Valens şəhəri ilə Ələyəz mahalının Talın şəhəri arasında əməkdaşlıq mövzusuna toxunub:

“Ermənistanın dözümlülüyü onun bölgələrində görünür. Ələyəz bölgəsinin Talın şəhəri ilə əməkdaşlığı gücləndirən bu səfərə görə Fransanın Burq-le-Valens şəhərinin merinə və komandasına təşəkkür edirik”.

Qeyd edək ki, Ələyəz mahalındakı Ələyəz dağının Ağrı dağına heç bir aidiyyəti yoxdur. Ağrı dağı Türkiyə ərazisində yerləşir. Ermənistan bu dağa da iddia edir və onu Ararat adlandırır.

Fransa səfirinin Ağrı dağının fotosunu bu kontekstdə yerləşdirməsi Ermənistanın Türkiyəyə ərazi iddiasına dəstək verməkdir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol