İranda daha iki jurnalist azadlıqdan məhrum edildi

17:02 - 31 İyul 2023 - GÜNDƏM

 İranda daha iki jurnalist azadlıqdan məhrum edildi

İranda peşə fəaliyyətlərinə görə daha iki jurnalistə həbs cəzası verilib.

BUTA.TV xəbər verir ki, bu barədə məhkum edilən yazıçı və jurnalistlərdən biri - Səidə Şəfii sosial media kanalında məlumat yayıb.

O özü və Nəsim Sultanbeygiyə qarşı “hökumət əleyhinə təbliğat”, “toplaşmaq və əlbir olmaq” ittihamlarının irəli sürüldüyünü yazıb.

Hər iki jurnalistə ayrı-ayrılıqda 4 il 6 ay həbs cəzası verilib.

Qeyd edək ki, İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda etiraz aksiyaları başlayandan bu günə kimi 100-ə yaxın jurnalist həbs edilib. Saxlanılan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən “Şərq” qəzetinin əməkdaşlarının da adı var.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol