Beynəlxalq Şahmat Federasiyası (FIDE) avqust ayı üçün reytinq cədvəlini açıqlayıb.
BUTA.TV xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2 747 xal) ötən ayla müqayisədə 1 pillə irəliləyərək, 13-cü sırada qərarlaşıb.
Ölkənin digər tanınmış qrossmeysteri Teymur Rəcəbov isə ümumiyyətlə reytinqdə yer almayıb. Qaydalara əsasən, idmançı 1 il ərzində klassik şahmat oynamırsa, avtomatik olarq, aktiv siyahıdan çıxarılır. Rəcəbovun hazırda Bakıda keçirilən Dünya Kubokunda iştirakını nəzərə alsaq, onun sentyabrda elan olunacaq reytinq cədvəlinə qayıdacağını gözləmək olar. Rəcəbovla yanaşı, Gülnar Məmmədova da eyni səbəbdən siyahıya düşməyib.
Qədir Hüseynov isə (2 661) 8 pilləlik sıçrayışla əvvəlki mövqeyinə 75-ci sıraya qalxıb. Nicat Abbasov isə yenidən ilk "100-lüy"ə qayıdıb. 2 646 olan şahmatçı 97-ci pilləni tutur.
Siyahıya yenə də norveçli Maqnus Karlsen (2 853) başçılıq edir. 2 və 3-cü pillələrdə isə ABŞ təmsilçiləri Hikaru Nakamura (2 787) və Fabiano Karuana (2 782) qərarlaşıblar.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2 448) 27-ci, Ülviyyə Fətəliyeva (2 381) 65-ci, Xanım Balacayeva (2 368) 80-ci, Gövhər Beydullayeva isə (2 355) 90-cı sırada yer alıb.
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...
- Zakir Həsənov şəxsi heyəti təbrik etdi