Cəlilabadda piyadanı maşın vurdu, xəstəxanada keçindi

01:04 - 1 Avqust 2023 - GÜNDƏM

 Cəlilabadda piyadanı maşın vurdu, xəstəxanada keçindi

Cəlilabad rayonunda avtomobilin vuraraq komaya saldığı piyada vəfat edib.

BUTA.TV xəbər verir ki, 1985-ci il təvəllüdlü Mirayət Abıyev həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə bu gün gecə saatlarında rayonun Cəfərli kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Mirayət Abıyevi avtomobil vurub. O, koma vəziyyətində xəstəxanaya aparılıb və süni tənəffüs aparatına qoşulmuşdu.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol