Meksikanın aparıcı xəbər kanallarından olan “Milenio” televiziyasında yayımlanan “Sərhədlər arasında” analitik verilişi zamanı Vətən müharibəsi sonrasında regionda yaranmış yeni reallıqlar barədə və Şuşa haqqında reportaj efirə gedib.
BUTA.TV xəbər verir ki, ölkəmizdə səfərdə olan region üzrə tanınmış ekspert və analitik Talya İşcan tərəfindən hazırlanmış reportajda Azərbaycan ordusunun 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq, dövlətimizin ərazi bötüvlüyünü bərpa etdiyi qeyd olunub.
Hazırda Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının aparıldığını qeyd edən ekspert, azad edilmiş ərazilərdə Ermənistan tərəfindən kütləvi minalanma aparıldığı, habelə burada mülkü yaşayış infrastrukturunun tamamilə məhv edildiyi barədə məlumat verib, bu ərazilərdən 30 il öncə qovulmuş məcburi köçkünlərimizin öz evlərinə qayıtmalarının təmin edilməsi üçün Azərbaycan tərəfindən aparılan irimiqyaslı yenidənqurma və bərpa işləri haqda danışıb.
Süjetdə, həmçinin Şuşa şəhərində və ümumilikdə işğaldan azad edilmiş ərazilərdə mövcud olan tarixi-mədəni abidələrin 30 illik işğal dövründə erməni vandalizminə məruz qaldığı, bəzilərinin isə tamamilə darmadağın edildiyi qeyd olunub.
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...