Bu kolleclər NDU-nun nəzdinə verildi

11:18 - 1 Avqust 2023 - GÜNDƏM

 Bu kolleclər NDU-nun nəzdinə verildi

Naxçıvan Dövlət Texniki Kolleci və Naxçıvan Tibb Kolleci Azərbaycan Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilib.

BUTA.TVxəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla Naxçıvan Dövlət Texniki Kollecinin və Naxçıvan Tibb Kollecinin Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilməsi barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Elm və Təhsil Nazirliyi Naxçıvan Dövlət Texniki Kollecinin və Naxçıvan Tibb Kollecinin Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilməsindən irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etməlidir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol