Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin yeni tərkibi təsdiqlənib və deputatların sayı 5-dən 10-a çatdırılıb. Həmçinin, 6 komitədən 2-si ləğv edilib, 4 komitə isə saxlanılıb. Bunlar Hüquq siyasəti, İqtisadi siyasət, Sosial siyasət və Humanitar siyasət komitələridir.
BUTA.TV Unikal-a istinadən xəbər verir ki, Naxçıvan Ali Məclisinin deputatları Vasif Talıbov Sosial siyasət komitəsinin, oğlu Seymur Talıbov isə Hüquq siyasəti komitəsinin üzvü seçiliblər.
S.Talıbov bundan əvvəl İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü olub.
Qeyd edək ki, 2022-ci ilin dekabrın 21-də Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verib. Sədr vəzifəsindən istefa verməsinə baxmayaraq, V.Talıbov Ali Məclisin deputatı kimi fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciət etməyib.
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik
- Vətən müharibəsində xalq buna şahid oldu - Deputat
- İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək
- Bakı Moskvanın qarşısını belə alır, İrəvan isə...