Türkiyə şirkətləri Qarabağa investisiya qoyuluşunu artırır

22:58 - 1 Avqust 2023 - GÜNDƏM

 Türkiyə şirkətləri Qarabağa investisiya qoyuluşunu artırır

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin Qəyyumlar Şurasının və İdarə Heyətinin sədri Aygün Attarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

BUTA.TV xəbər verir ki, görüşdə Türkiyə şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizə investisiya qoyuluşunun artırılması müzakirə edilib.

Qeyd edilib ki, qardaş ölkə ilə birgə infrastruktur layihələrinin həyata keçirilməsi çoxtərəfli iqtisadi-ticarət və investisiya tərəfdaşlığının genişləndirilməsinə əhəmiyyətli töhfə verəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol