Rusiya bu istiqamətdə əks-hücuma keçdi

10:22 - 2 Avqust 2023 - GÜNDƏM

 Rusiya bu istiqamətdə əks-hücuma keçdi

Ötən sutka ərzində cəbhədə Ukrayna qüvvələri ilə rus qoşunları arasında 40-dan çox toqquşma olub.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Ruslar Baxmut yaxınlığında Kleşiyevka kəndinin şimal və qərbində itirilmiş mövqelərini bərpa etmək üçün əks-hücuma keçiblər. Lakin cəhdləri uğursuz olub. Ukraynalı müdafiəçilər Avdeyevka istiqamətində düşmənin ağır hava və artilleriya hücumlarını uğurla dəf ediblər. Ukrayna ordusu Marinsk şəhəri istiqamətində də işğalçıların hücumunu dayandırıb. Zaporojye istiqamətinə gəlincə, düşmən əsas səylərini qoşunlarımızın daha da irəliləməsinin qarşısını almağa cəmləşdirir. Eyni zamanda, Ukrayna Müdafiə Qüvvələri Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatını davam etdirir, əldə olunan xətlərdə möhkəmlənirlər”, - məlumatda qeyd olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol