Polşa bunu gözləyirdi – Zelenski elan etdi

13:16 - 2 Avqust 2023 - GÜNDƏM

 Polşa bunu gözləyirdi – Zelenski elan etdi

Ukrayna və Polşa xalqlarının azadlığı, eləcə də Avropanın dəyərləri və ümumi rus düşməni üzərində qələbə hər şeydən üstündür, emosiyalar soyumalıdır.

BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Tvitter səhifəsində yazıb.

“Avropa xalqı bilir ki, hər kəsin azadlığı hamının ümumi azadlığı olduqda daha güclü olur. Biz Avropada hansısa fəsillərə və əhval-ruhiyyəyə, siyasi cərəyanlara və şəxsi ambisiyalara baxmayaraq, dəyərlərimizi çiyin-çiyinə durub müdafiə etməyi bacarırıq”, - o bildirib.

Zelenski qeyd edib ki, indi müxtəlif siqnallar var ki, siyasət bəzən birlikdən yüksəkdə olmağa çalışır, emosiyalar isə xalqların köklü maraqlarından yüksəkdir:

“Ukrayna öz azadlığı və bütün Avropa üçün mübarizə aparır və biz kömək edən hər bir xalqa minnətdarıq. Bizimlə birlikdə dənizdən dənizə qədər Avropanın əsl sipərinə çevrilmiş Polşanın tarixi dəstəyini çox yüksək qiymətləndiririk. Heç bir siyasi məqamın Ukrayna və Polşa xalqı arasında münasibətləri korlamasına imkan verməmək vacibdir, emosiyalar mütləq soyumalıdır”.

Qeyd edək ki, Polşa Prezident Administrasiyasının beynəlxalq siyasət idarəsinin rəhbəri Marçin Pşidaç yerli mediaya müsahibəsində Ukrayna taxılının Polşa vasitəsilə ixracının qarşısının alınması ilə bağlı vəziyyət haqda danışarkən, Kiyevin Varşavadan böyük dəstək aldığını, bunun Ukrayna tərəfindən qiymətləndirilməsinin lazım olduğunu deyib. Buna cavab olaraq Ukrayna XİN Polşa səfirini çağırıb.

Ukrayna Prezident Ofisi də Kiyevin Polşanın göstərdiyi yardımı dəyərləndirməməsi ilə bağlı iddiasını əsassız adlandırıb. Polşa da Ukrayna səfirini buna görə çağıraraq, narazılığını bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol