İyulun 2 və 3-ü isti hava şəraitinə görə bütün İran üzrə tətil elan edilməsi bəhanədir.
BUTA.TV xəbər verir ki, bu iddia ilə iranlı media nümayəndələri və mütəxəssislər çıxış edib.
“Ticarət Nyus” saytının baş redaktoru Mərziyə Mahmudi bildirib ki, hökumət isti havaları bəhanə edərək elektrik enerjisinə qənaət etmək istəyir:
“Bölgənin super gücü elektrik enerjisi istehsal edə bilmir”, - baş redaktor paylaşımında istehza ilə yazıb.
İran parlamentinin Enerji Komissiyasının üzvü Hadi Beginejadın açıqlaması isə mütəxəssislərin dediklərini təsdiq edib.
“Elektrik enerjisi istehsalı üçün pul lazımdır və bizim elektrik enerjisi istehsal etməyə kifayət qədər pulumuz yoxdur”, - o, “Üfüq” telekanalına müsahibəsində etiraf edib.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik