Binəqədidə içməli sudan qanunsuz istifadə olunurmuş - Video

17:10 - 2 Avqust 2023 - GÜNDƏM

 Binəqədidə içməli sudan qanunsuz istifadə olunurmuş - Video

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "Azərsu" ASC-nin əməkdaşları Bakının Binəqədi rayonunun Zəngəzur küçəsində sahibkara məxsus tikilməkdə olan 7 apartman tipli binanın içməli su təchizatı sisteminə baxış keçirərkən uçotdan yayınma halı aşkarlayıb.

Bu barədə BUTA.TV-a Agentlikdən bildirilib.

Məlumata görə, sahibkar texniki şərt almadan əhali qrupu abonenti üçün çəkilmiş su xəttindən sahibkarlıq məqsədilə binaların tikintisində istifadə edib. Üstəlik həmin apartmanlar və ətrafdakı fərdi yaşayış evləri texniki şərt alınmadan tullantı su şəbəkəsinə qoşulub. Aparılan nəzarət tədbirləri zamanı, Biləcəri qəsəbəsi, Məlikaslanov küçəsi 6-cı döngədə bir sahibkara məxsus “Fədək bağı” meyvə-tərəvəz satışı və ət kəsimi məntəqəsində texniki şərt almadan, müqavilə bağlamdan sudan qeyri-qanuni istifadə edildiyi aşkarlanıb. Əraziyə cəlb edilmiş qəza briqadası tərəfindən qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib.

"İçməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq", - deyə qurum bəyan edib.

Bu ilin yanvar-iyun aylarında “Azərsu” üzrə 8 899, Binəqədi rayonunda isə 1 785 sudan qanunsuz istifadə halları aşkarlanıb, 100-ə yaxın fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol