Aleksandr Lukaşenko ölkəyə dolan vaqnerçilərlə nə edəcəyini bilmir və Rusiya Prezidenti Vladimir Putinin isə muzdlularla bağlı çox konkret planları var.
BUTA.TV xəbər verir ki, bunu Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya deyib.
“Heç kim “Vaqner”in Belarusda olmasının əsl məqsədini dəqiq bilmir. Muzdluların 14-cü kolonu bu yaxınlarda gəlib və gəlməkdə davam edir. Belarusda 3800-4000 nəfər vaqnerçi var. Bütün bunlar Kremlin koordinasiya etdiyi əməliyyata bənzəyir. Bir daha təkrar edirəm, Lukaşenko özü də bununla nə edəcəyini bilmir. O, sadəcə olaraq fakt qarşısında qalıb və xidmət etməkdən məmnundur”, - Tixanovskaya bildirib.
Onun sözlərinə görə, vaqnerçilər müxtəlif məqsədlər üçün istifadə oluna bilər:
“Onlar Polşa və Litvaya qarşı təxribatda istifadə oluna bilərlər. Lukaşenko ümid edir ki, vaqnerçilər ona qorunmağa kömək edəcəklər. Amma vaqnerçilər Kremlin Belarusa nəzarət etməsi üçün bir vasitədir”.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik