Rusiya böhrandan çıxdı - Peskov

15:10 - 3 Avqust 2023 - GÜNDƏM

 Rusiya böhrandan çıxdı - Peskov

Rusiya nəhayət iqtisadi böhrandan çıxıb. İndi sistemli şəkildə öz iqtisadiyyatının sürətli inkişafına keçə bilər.

BUTA.TV xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz böhrandan çıxmışıq və bugünkü standartlarla kifayət qədər sürətli inkişaf perspektivlərimiz var. Bu, unikaldır”, - Peskov bildirib.

Peskov qeyd edib ki, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar onların gözlədiyi kimi uğurlu alınmadı:

“Rusiyanın ölkəyə qarşı genişmiqyaslı sanksiya təzyiqinin öhdəsindən gələ bildiyi bir çox amillər var. Bu amillər vətənpərvərlik və ölkə əhalisinin birliyidir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol