Skabeyeva ruslara səsləndi: Hər dəfə təhqir edirlər...

16:08 - 3 Avqust 2023 - GÜNDƏM

 Skabeyeva ruslara səsləndi: Hər dəfə təhqir edirlər...

Rusiyalı teleaparıcı Olqa Skabeyeva “Astoria Grande” kruiz gəmisi ilə Gürcüstana gedən rusları tənqid edib.

BUTA.TV xəbər verir ki, bu barədə “Exo Qafqaza” məlumat yayıb.

“Niyə ordasınız rus xalqı, niyə pulunuzu ora daşımağa tələsirsiniz? Rus turistlərini hər dəfə bu qədər təhqir edirlər, o qədər çirkaba bulaşdırırlar və nədənsə ruslar bu cinayətkar rejimə sponsorluq etməkdə davam edirlər”, - o bildirib.

Qeyd edək ki, Rusiyaya məxsus “Astoria Grande” laynerinin Batumi sahillərinə yaxınlaşmasına etiraz olaraq gürcülər aksiyalar keçirmişdilər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol