Türkiyə Silahlı Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin olundu

17:42 - 3 Avqust 2023 - GÜNDƏM

 Türkiyə Silahlı Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin olundu

Türkiyə Silahlı Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin olunub.

BUTA.TV xəbər verir ki, bu barədə qərar Ali Hərbi Şuranın (YAŞ) avqustun 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən iclasında qəbul olunub.

Bu vəzifəyə ordu generalı Mətin Gürak gətirilib. O, indiyədək İkinci Ordu Korpusunun komandanı olub.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin əvvəlki Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər iyunun 3-də milli müdafiə naziri təyin olunub.

Həmin vaxtdan Baş Qərargah rəisi vəzifəsi boş idi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol