Ermənistanda su böhranı dərinləşir

18:24 - 3 Avqust 2023 - GÜNDƏM

 Ermənistanda su böhranı dərinləşir

İnfrastrukturun olmaması və ya sıradan çıxması səbəbindən Ermənistanda su böhranı dərinləşir.

BUTA.TV xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib. “Suya olan münasibəti dəyişdirməyin lazım olduğunu qeyd etməyin vaxtı çatıb. Ermənistanda su böhranı dərinləşir. Bu məsələ qlobal xarakter daşıyır. Bizdə isə infrastrukturun olmaması və ya sıradan çıxması, suya olan münasibətimiz səbəbindən bu böhran dərinləşir”, - o deyib. N.Paşinyanın sözlərinə görə, yollar, məktəblər və səhiyyə sistemində yaranan problemlərdən sonra növbəti problem su sahəsi ilə bağlıdır: “Açıq deyək ki, Ermənistanda su idarə olunmur, sadəcə axır. Bununla bağlı təşkilatlar, məmurlar, prosedurlar, qanunlar olsa da, su idarə edilmir. Bu məsələ ilə bağlı bilik problemimiz var. Yəni su problemini idarə etməyin nə demək olduğunu bilmirik”. Baş nazir əlavə edib ki, hökumət hazırda bu problemi həll etmək üçün yeni su anbarlarının tikintisini planlaşdırır


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol