Azərbaycanlı iş adamı belə güllələndi - Anbaan video

10:38 - 4 Avqust 2023 - GÜNDƏM

 Azərbaycanlı iş adamı belə güllələndi - Anbaan video

Gürcüstanın paytaxtı Tiflisdə azərbaycanlı iş adamı Roman İsayevin güllələnməsini görüntüləri yayılıb.

BUTA.TV Day.az-a istinadən xəbər verir ki, videoda bir nəfərin iş adamına yaxından atəş açdığı öz əksini tapıb.

Atəş açan şəxs ərazidən qaçıb.

Qeyd edək ki, hadisə ötən gün baş verib.

Başından güllə yarası almış biznesmen xəstəxanaya çatdırılıb, həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Roman İsayevin süni tənəffüs aparatına qoşulduğu bildirilir.

Məlumata görə, silahlı şəxs ticarət mərkəzində tekstil mağazasının sahibi olan Roman İsayevdən söhbət etmək üçün küçəyə çıxmasını istəyib, lakin sonuncu buna rədd cavabı verib.

Xatırladaq ki, Roman İsayev “Lilo Mall” ticarət mərkəzinin sahibidir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol