Ayfon-15 bu tarixdə satışa çıxarılacaq

12:20 - 4 Avqust 2023 - GÜNDƏM

 Ayfon-15 bu tarixdə satışa çıxarılacaq

Əpl şirkətinin yeni seriyası olan Ayfon-15 smartfonu sentyabrın 13-də təqdim ediləcək.

BUTA.TV xəbər verir ki, bu barədə “9to5mac”portal məlumat yayıb.

Məlumata görə, ABŞ telekommunikasiya operatorları öz işçilərindən sentyabrın 13-də yeni bir smartfonun elanı ilə əlaqədar məzuniyyətə çıxmamağı xahiş ediblər.

Əgər Əpl yeni "Ayfon"u sentyabrın 13-də təqdim edərsə, smartfonlar üçün ilkin sifarişlər sentyabrın 15-i, rəsmi satışlar isə bir həftə sonra, sentyabrın 22-də başlayacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol