İlkin baxışlara görə, Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq evində təmir işləri gedirdi. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.
BUTA.TV xəbər verir ki, bu sözləri Report-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi polkovnik Tahir Quliyev deyib.
Onun sözlərinə görə, bu gün 14:40 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub: “Təxminən 3 dəqiqədən sonra bölmələrimiz hadisə yerinə çatıb. Yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqəsi yanğından mühafizə olunub. Təxminən 30 dəqiqə ərzində yanğının qarşısı alınıb”.
T.Quliyev bildirib ki, yanğın nəticəsində FHN-in əməkdaşlarından və vətəndaşlardan xəsarət alan yoxdur.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik