Azərbaycan ərazisində qəzaya uğrayan pilotlu kosmik obyektin heyətinin xilası üçün Fövqəladə Hallar Nazirliyi tədbirlər görməlidir.
BUTA.TV xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “Kosmik fəaliyyət haqqında” qanunda öz əksini tapıb.
Bundan başqa, sənədə əsasən, nazirlik qəza ərazisində kosmik fəaliyyət haqqında qanunvericiliyinə uyğun olaraq müvəqqəti karantin tətbiq etməlidir.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" qanunu təsdiqləyib. Sənəd Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci, 13-cü və 23-cü bəndlərinə uyğun olaraq, kosmik fəaliyyətin hüquqi, iqtisadi və təşkilati əsaslarını, kosmik sənayedə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair ümumi tələbləri müəyyən edir və Yerətrafı orbitlərdə, Ay və digər səma cisimləri və onların orbitləri daxil olmaqla, kosmik fəzada milli fəaliyyətə aid edilən münasibətləri tənzimləyir.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik