Azərbaycan müdrik və uzaqgörən siyasət nümayiş etdirir, Pakistanla həmrəydir və bizi dəstəkləyir.
BUTA.TV xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Haye brifinqdə deyib.
Səfir qeyd edib ki, Cammu və Kəşmir məsələsi BMT-də uzun müddətdir gündəmdir:
“Hindistan Konstitusiyasının regiona xüsusi hüquq və imtiyazlar verən 370 və 35A maddələrinin birtərəfli qaydada ləğvi region üçün mənfi nəticələrə səbəb olub”.
Qeyd edək ki, 2019-cu il avqustun 5-də Hindistan hökuməti Cammu və Kəşmir ştatına xüsusi status verən konstitusiyanın 370-ci maddəsinin ləğvini elan edib. Kəşmirdə gərginliyin qarşısını almaq üçün ştatın konstitusiya statusunun dəyişdirilməsi qərarından sonra Yeni Dehli hakimiyyəti şimala on minlərlə hərbçi yeridib. Komendant saatı tətbiq edilib, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, mobil rabitə və internet kəsilib.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik