Gürcüstanda təbii fəlakət: Ordu hərəkətə keçdi

21:20 - 4 Avqust 2023 - GÜNDƏM

 Gürcüstanda təbii fəlakət: Ordu hərəkətə keçdi

Gürcüstanın qərbində baş vermiş torpaq sürüşməsində itkin düşmüş hesab edilən insanların axtarışlarına və təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına ordu qüvvələri də cəlb olunublar.

BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili məlumat verib.

Onun sözlərinə görə, bölgədə çox çətin vəziyyət yaranıb. Güclü palçıq kütləsi ciddi problemlər yaradıb. Belə bir vəziyyətdə ordunun köməyindən istifadə etmək vacibdir.

Qeyd edək ki, Şovi kurortunda baş verən sürüşmə nəticəsində ölənlərin sayı 10-a çatıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol