ABŞ və Çin mübahisəli məsələləri həll etmək üçün işçi qruplar yaratmağı planlaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə “Faynənşl Tayms” nəşri mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, bu, ikitərəfli münasibətlərdə ABŞ dövlət katibi Entoni Blinkenin iyun ayında Pekinə səfəri ilə başlayan bir sıra yüksək səviyyəli danışıqların nəticəsi kimi irəliləyişdir.
Mənbələrin sözlərinə görə, Vaşinqton və Pekin regional Asiya-Sakit okean və dəniz məsələləri ilə məşğul olacaq iki işçi qrupu yaradacaq. Eyni zamanda daha geniş sahələri əhatə edən üçüncü qrup da yaradıla bilər.
ABŞ və Çin rəsmilərinin yaxın aylarda detallara aydınlıq gətirəcəyi qeyd olunur.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik